Xəbər lenti

Britni Spirs bir daha çıxış etməyəcəyi ölkəni açıqladı
Maqazin 18:33 09.01.2026

Britni Spirs bir daha çıxış etməyəcəyi ölkəni açıqladı

Amerikalı müğənni Britni Spirs bir daha heç vaxt çıxış etməyəcəyi ölkənin adını açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, 44 yaşlı ulduz bu barədə etiraflarını "Instagram" sosial şəbəkəsində paylaşıb.

Spirsin sözlərinə görə, o, son dərəcə həssas səbəblərə görə ABŞ-da artıq heç vaxt səhnəyə çıxmayacaq.

Bununla belə, müğənni gələcəkdə Böyük Britaniya və Avstraliyada çıxış etməyə ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu çıxışlardan biri hətta oğullarından biri ilə birlikdə baş tuta bilər. 

Spirs əlavə edib ki, ağ rəngli "Yamaha" royalını uşaqlarından birinə hədiyyə etməyi planlaşdırır və həmin uşağı əsl musiqi istedadı adlandırıb. Alətin Kevin Federlayndan olan hansı oğluna veriləcəyini isə dəqiqləşdirməyib.

Qeyd edək ki, 2008-ci ildə ulduzun psixi vəziyyəti ilə əlaqədar olaraq atası onun üzərində qəyyumluq rəsmiləşdirmişdi. Məhkəmənin qərarı ilə bu qəyyumluq yalnız 2021-ci ildə ləğv edilib.

Aydın

--> -->