"Dost Agropark" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1.1-ci maddəsi protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, şirkət əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vətəndaşları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilib.
Məhkəmənin hökmü ilə "Dost Agropark" MMC İzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinib və 3000 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksi Zəngilan rayonunda yerləşir. Şirkətin qanuni təmsilçisi Ahmet Bozkurtdur.
Aydın
Şərhlər