Ekonomiks 12:55 23.04.2023

Dünyada şəkərin qiyməti son 11 ilin ən yüksək səviyyəsinə çatıb - SƏBƏBLƏR

Dünya şəkərinin qiyməti son 11 ildə maksimum həddə çatıb. 

Qaynarinfo "Nasdaq”a istinadən xəbər verir ki, şəkərin qiyməti 24 senti ötüb (tonu təxminən 530 dollar-red.). Bir il əvvəl qiymətlər bir ton üçün 420-440 dollar səviyyəsində idi. 

"Dnext" məlumat bazasının analitiki Con Stansfildin bildirib ki, Asiyanın ən böyük şəkər istehsal edən ölkələrində məhsul proqnozları azalıb. Xüsusilə, Hindistan Şəkər Assosiasiyası 2022-2023 mövsümü (oktyabr-sentyabr) üçün məhsul proqnozlarını təxminən 3% azaldıb. Hindistanın şəkər qamışı əkinlərinin 1/3-dən çoxunu təşkil edən (Hindistan Braziliyadan sonra dünyada ikinci ən böyük şəkər istehsalçısıdır) Maharaştra ştatında vaxtsız yağışlar məhsul yığımına mane oldu.

Avropa regionunda isə örən il quraqlıq səbəbindən şəkər çuğunduru əkinləri azalıb. Bu isə cari ildə məhsul yığımının aşağı düşməsinə səbəb olacaq.

Şəkərin qiyməti iki faktora görə bir qədər aşağı düşə bilər: birincisi, Çin dövlət ehtiyatlarından şəkəri bazara ötürə bilər, ikincisi, tezliklə Braziliyada məhsul yığımına başlanacaq.

Düzdür, risk faktorları da var: ABŞ Milli Okean və Atmosfer Administrasiyasının məlumatına görə, may-iyun aylarında "El Nino" isti dalğasının yüksək ehtimalı var ki, bu da Asiya regionunda yağıntıları azalda bilər.

Qiymətlərə təsir edə biləcək digər amil OPEC-in neft hasilatını gündə təxminən 1,16 milyon barel azaltmaq qərarıdır (dünyanın ümumi hasilatın 1%-dən bir qədər çoxu). Bu səbəbdən daha çox şəkər qamışı bioyanacaq istehsalına yönəldiləcək (bu təcrübə əsasən Braziliyada baş verir).

Aydın