İndoneziyada dünyanın ən uzun ilanı aşkar edilib.
Qaynarinfo bu barədə UPİ.com-a istinadən xəbər verir.
Ginnesin Rekordlar Kitabı rəsmi olaraq təsdiqləyib ki, Maros bölgəsində tapılan nəhəng torlu piton indiyə qədər rəsmi olaraq ölçülmüş ən uzun vəhşi ilan sayılır.
Təşkilatın bəyanatına görə, təqdim olunmuş sübutlar yoxlandıqdan sonra ilan dişisinin uzunluğunun 7,2 metr olduğu müəyyən edilib. Hazırda ilan İndoneziyanın təbiət mühafizəçisi Budi Purvanto, lisenziyalı ilan tərbiyəçisi Dias Nugraha və vəhşi təbiət fotoqrafı Radu Frentiunun himayəsindədir.
Nugraha və Frentiunun sözlərinə görə, onlar yerli sakinlərin ilan haqqında verdiyi məlumatlardan sonra qeyri-adi böyük pitonu axtarmağa çıxıblar. İlana "İbu Baron” adı verilib ki, bu da "Baronessa” mənasını daşıyır.
Torlu pitonlar dünyanın ən uzun ilanlarından biri hesab olunur, lakin yetkin nümunələrin uzunluğu adətən 5,8 metr civarındadır. Aşkar edilmiş bu nümunə bu göstəriciləri xeyli aşaraq yeni dünya rekordunun müəyyənləşdirilməsinə səbəb olub.
Aydın
Şərhlər