Xəbər lenti

Elektrik enerjisi ilə bağlı tətbiq ediləcək sabit tarif nədir? - Ekspert
Ekonomiks 17:57 28.07.2025

Elektrik enerjisi ilə bağlı tətbiq ediləcək sabit tarif nədir? - Ekspert

"Sabit tarif - istər işlətdin, istərsə də işlətmədiyin həcmdən asılı olmayaraq, aylıq abunə haqqıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Prezident İlham Əliyevin "Elektroenergetika haqqında” Qanuna edilən dəyişikliyə aydınlıq gətirərkən deyib. O, gələcəkdə sabit tarifin qaz və su təminatında da təmin olunacağını bildirib:

"Bunu bir ev telefonu kimi düşünün. Ev telefonundan istifadə edib-etməməyimizdən asılı olmaytaraq, aylıq abunə haqqı ödəyirik. İndi eyni variant kommunal xidmətlərdə də tətbiq olunacaq. İşlətmə həcmindən asılı olmayaraq, bəli, bir aylıq abunə haqqı ödəyəcəyik”. 
 


Natiq Cəfərli hesab edir ki, hər bir abonent üçün bu rəqəmin təqribən bir manat olması gözlənilir:

"Amma bu ilkin başlanğıcda 1 manatdır. Gələcəkdə bu rəqəm artırıla bilər”.

Qeyd edək ki, Prezident İlham Əliyev "Elektroenergetika haqqında” Qanuna ediləcək dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->