Xəbər lenti

Şəhidimizin oğurlanan mavi gitarada ifası -
Video 22:33 20.11.2025

Şəhidimizin oğurlanan mavi gitarada ifası - "Ana, əsgər gedirəm" (VİDEO)

Xəbər verdiyimiz kimi, ötən gün paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda şəhid Səyavuş Kəlbalıyev və Fəxri Məmmədovun məzarları üzərində olan şəxsi əşyaları oğurlanıb.

"Unikal" xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı Kənan Əsədli və 16 yaşlı Vüqar Quliyev saxlanılıblar. Onların məzarların üzərindən oğurladıqları gitara,hərbi çəkmə və hərbi dəbilqə polis əməkdaşları tərəfindən aşkar olunaraq şəhid ailələlərinə qaytarılıb. 
 
Qeyd edək ki, 20 yaşında şəhid olan Fəxri Məmmədov həvəskar gitara ifaçısı olub. O, ən çox mavi gitarada ifa etməyi çox sevərmiş. 

Fəxri Məmmədov sentyabr 27-də Cəbrayıl rayonun Nüzgar kəndi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda",  "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
 


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->