Xəbər lenti

Zelenski ABŞ-dən müharibənin həllinə dair plan layihəsini aldı
Siyasət 22:09 20.11.2025

Zelenski ABŞ-dən müharibənin həllinə dair plan layihəsini aldı

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən Rusiya‑Ukrayna müharibəsinin sülh yolu ilə başa çatdırılmasına dair saziş layihəsini alıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna liderinin Ofisi "Telegram" kanalında bəyan edib.

"Ukrayna Prezidenti rəsmi olaraq ABŞ tərəfindən diplomatiyanı aktivləşdirə biləcək plan layihəsini alıb", – deyə məlumatda qeyd olunur.

Zelenskinin ofisi vurğulayıb ki, Ukrayna tərəfi ABŞ tərəfdaşları, eləcə də Avropa və digər beynəlxalq iştirakçılarla konstruktiv işləməyə hazır olduğunu təsdiqləyib.

"Ukrayna Prezidenti yaxın günlərdə ABŞ prezidenti Donald Tramp ilə diplomatik imkanları və sülhün əldə olunması üçün əsas şərtləri müzakirə etməyi planlaşdırır", – bəyanatda qeyd olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->