Xəbər lenti

Ehtiyac meyarı 15 manat artırıldı
Ekonomiks 11:51 09.12.2025

Ehtiyac meyarı 15 manat artırıldı

Milli Məclis 2026-cı il üçün ehtiyac meyarının həddi üçüncü oxunuşda qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində öz əksini tapıb.

Məlumat üçün bildirək ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib.

Bu o deməkdir ki, 2026-cı il üçün ehtiyac meyarı həddinin 15 manat, yəni təxminən 5,26 % artırılması nəzərdə tutulub.

Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq ediləcək.

Layihə 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Qafqaz Rafiqoğlu

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->