Xəbər lenti

Gömrük qaydalarını pozan
Ekonomiks 15:47 09.03.2026

Gömrük qaydalarını pozan "SSİ Retail" cərimə edildi

"SSİ Retail" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) cərimə olunub.

Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində gömrük qaydaları əleyhinə olan İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə protokol tərtib edilib. 

Məhkəmənin hökmü ilə "SSİ Retail" MMC 1 500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, nizamnamə kapitalı 25 milyon manat olan şirkətin qanuni təmsilçisi Qarayev Şahin Saleh oğludur. 

Aydın

--> -->