Ölkə 17:36 17.06.2023

Şəkidə evdə partlayış oldu: 1 qadın və 2 körpə ağır xəsarət aldı

Şəkidə evdə partlayış olub, 3 nəfər ağır xəsarət alıb.

Qaynarinfo xəbər verir ki, hadisə rayonun Aşağı​ Göynük​ kəndində, yaşayış evlərindən birində baş verib.

Belə ki, partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlü​ ​Yusifova Şəlalə​ Nəsib qızı, 2021-ci il təvəllüdlü Soltanlı​ Məhəmməd Nicat oğlu və 2020-ci il təvəllüdlü Soltanlı​ Əli Nicat oğlu ağır xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu partlayış qaz sızması nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hər üç şəxs vəziyyətləri nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriləcək.