Xəbər lenti

Ölkə 20:08 10.09.2022

Elçin Sadıqov və Əvəz Zeynallı saxlanılaraq dindirilir (YENİLƏNİB)

Elçin Sadıqov saxlanılaraq dindirilmək üçün Baş Prokurorluğun İstintaq idarəsinə aparılıb.

APA xəbər verir ki, Elçin Sadıqovun da ofisində və evində axtarış aparılıb.


16:59
 

Jurnalist Əvəz Zeynallının barəsində cinayət işi başlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

"Faktla bağlı cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri həyata keçirilir. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Əvəz Zeynallının saxlanılması və ofisində axtarış aparılması barədə məlumat yayılıb. Həmçinin vəkil Elçin Sadıqovun da ofisində və evində axtarış aparıldığı deyilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->