Xəbər lenti

Ölkə 15:00 15.03.2024

Elm və Təhsil Nazirliyi: "Serialın ideya və məzmununun bizimlə heç bir əlaqəsi yoxdur"

Elm və Təhsil Nazirliyi İctimai Televiziyadakı serialda qalmaqala səbəb olan jurnalistlərlə bağlı səhnəyə münasibət bildirib.
 
Nazirlikdən Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntü İTV-də nümayiş etdirilən "Gündəlik" serialından bir hissədir:

"Sözügedən serialın ideya və məzmununun Elm və Təhsil Nazirliyi ilə heç bir əlaqəsi yoxdur. Xahiş edirik ki, sorğunuzu aidiyyəti üzrə serialın ideya və ssenari müəllifinə və ya yayımçıya ünvanlayasınız". 

Qeyd edək ki, "Gündəlik" serialındakı jurnalistlərlə bağlı səhnə narazılığa səbəb olub.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?