Xəbər lenti

Ekonomiks 17:43 10.01.2024

Əməkdar artistlə meriya arasında məhkəmə çəkişməsi davam edir

"Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanovla Bakı Şəhər İcra Hakimiyyəti arasında məhkəmə çəkişməsi davam edir. 

Qaynarinfo xəbər verir ki, iş hazırda apellyasiya mərhələsindədir. 

Apellyasiya şikayətini Tahir İmanov verib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində Pərviz Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. 

Məhkəmə çəkişməsinin səbəbi torpaq münasibətləri üzrə mübahisələrdən ibarətdir. İşin təfərrüatları barədə məlumat yoxdur. 

Məlumat üçün deyək ki, Tahir İmanovun iddiasına birinci məhkəmə instasiyası olaraq Bakı İnzibati Məhkəməsində baxılıb. Görünür, qərar əməkdar artisti qane etməyib.

İş birinci məhkəmə instansiyasında olarkən Qaynarinfo Tahir İmanovdan məsələnin təfərrüatlarını öyrənmək istəsə də, o, bu barədə danışmaq istəməyib. "Mənə sənətimlə bağlı suallar verin", deyə əməkdar artist bildirib. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->