Xəbər lenti

Foto 11:19 12.10.2023

Emil Hümbətovun şəhid olmasından 3 il ötür (FOTOLAR)

Vətən müharibəsi iştirakçısı Emil Hümbətovun şəhid olmasından 3 il ötür.

Qaynarinfo xəbər verir ki, Emil Tərlan oğlu Hümbətov 30 oktyabr 1992-ci ildə Şirvan şəhərində anadan olub. 1999-cu ildə Nofəl Quliyev adına Şirvan şəhər 9 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2008-ci ildə orta təhsilini peşə təhsili ilə davam etdirib. 

2010-cu ildə Şirvan Peşə liseyini bitirən Emil Hümbətov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb, Daşkəsən rayonu N saylı hərbi hissədə xidmət edib. 2012-ci ildə General-mayor Polad Həşimovun rəhbərliyi ilə hərbi xidmətini başa vurub.

2020-ci ilin iyul ayında Polad Həşimov şəhid olduqdan sonra Türkiyədə olan Emil Hümbətov vətənə dönərədək, könüllü şəkildə səfərbərliyə yazılıb. Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Emil Hümbətov Füzulinin azad edilməsi uğrunda döyüşüb. 11 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanacasına şəhid olub. Emil Hümbətov 12 oktyabr 2020-ci il tarixdə Şirvan Şəhidlər Xiyabanında izdihamla dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Hümbətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Hümbətov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Emil Hümbətov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Həmçinin Azərbaycan Respublikasının "Şücaətə görə" medalı ilə təltif edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->