Məktəbli çantalarının ağırlıq problemi var, dərs vəsaitlərindən kənar əşyalar da çantaya qoyulanda belə hallar yaranır.
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Real TV"yə müsahibəsində deyib.
Onun fikrincə, çantanın ağırlıq probleminin necə aradan qaldırılması ilə bağlı sual da yalnız Elm və Təhsil nazirliyinə ünvanlanmalı deyil. Nazirin fikrincə həmin çantanı yükləyən tərəf nazirlik deyil:
"Bizim edəcə biləcəyimiz o olub ki, əvvəl dərsliklər birillik hazırlanırdısa, hazırda yarımillikdir. İbtidai sinif səviyyəsində bir dərsliyin çəkisi 270-300 qram arasında dəyişir. Bu problem hər birimizin problemidirsə, hər birimiz həll etməliyik".
Şərhlər