Video 09:22 19.01.2024

Əmisi itkin düşdü, qardaşı oğlu kəndi tərk etdi: İki hadisə bir-birinə bağlıdırmı? (VİDEO)

Dörd il öncə itkin düşən Goranboy kənd sakini Cavid Sabir oğlu Bayramovun axtarışları davam edir. 

"Xəzər” TV-də yayımlanan "Təsir Dairəsi” verilişində 2020-ci ilin may ayının ikisində yaşadığı kənddə itkin düşən Cavid Bayramov barədə müzakirələr aparılıb.

Belə ki, Cavidin qardaşı oğlu Qamət əmisi itkin düşəndən sonra kəndi tərk edib.

O, əmisinin itkin düşməsində şübhəli bilinməsi ilə bağlı səsləndirilən iddialar barədə danışıb və kəndi niyə tərk etdiyini açıqlayıb:

"Əmimlə armamızda beş yaş fərq var. Kəndi pul qazanmaq üçün tərk etmişəm. Əksini iddia edənlər qara ləkə yaxırlar”.