Xəbər lenti

İdman 14:30 24.08.2023

Ərəblər basketbolu da ələ keçirdi

Beynəlxalq Basketbol Federasiyasına (FIBA) yeni prezident seçilib.

Qaynarinfo-nun məlumatına görə, 2023-cü ildə Filippin, İndoneziya və Yaponiyanın ev sahibliyi edəcəyi dünya çempionatı öncəsi Manilada iclas keçirilib və FIBA-nın 2023-2027-ci illər üçün yeni prezident və mərkəzi komitə üzvləri seçildi.

Konqresdə Şeyx Səud Əli Əl Tani FIBA-nın yeni prezidenti olub. Bununla yanaşı yeni Mərkəzi İcraiyyə Şurasının üzvləri də müəyyənləşib.

2002-ci ildən FIBA-nın vitse-prezidenti və FIBA ​​Asiyanın prezidenti olan Əl Tani, 2019-cu ildən Qətər Basketbol Federasiyasının prezidenti və Qətər Olimpiya Komitəsinin sədr müavini vəzifələrində çalışıb.

2023-2027-ci illər üçün Mərkəzi İcraiyyə Şurasının üzvləri aşağdakı şəxslər seçilib:

Kerol Kallan (ABŞ)
Yamil Alexandro Bukele Peres (Salvador)
Usie Riçards (Virgin Adaları)
Yuko Mitsuya (Yaponiya)
Yao Minq (Çin)
Karmen Tokala (Rumıniya)
Matey Eryaveç (Sloveniya)
Asterios Zois (Yunanıstan)
Tor Kristian Bakken (Norveç)
Yubile Kuarey (Palau)
Burton Ross Şipley (Yeni Zelandiya)
Paskal Muqvaneza (Ruanda)
Jan-Mişel Ramaroson (Madaqaskar)

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->