Alimlər erkən orta əsr miqrantları barədə inqilabi məlumatlar əldə ediblər ki, bu da tarix dərsliklərini dəyişə bilər.
Qaynarinfo xəbər verir ki, vu barədə "Interesting Engineering” yazır.
Edinburq və Kembric universitetlərinin alimləri erkən orta əsr İngiltərəsinin qəbiristanlıqlarından əldə olunan izotop məlumatları və qədim DNT üzrə ilk genişmiqyaslı analizi apararaq miqrasiya modellərini qiymətləndiriblər. Tədqiqatın nəticələrinə görə, erkən orta əsr miqrantları İngiltərəyə Aralıq dənizi vasitəsilə, həmçinin Arktika dairəsindən və ondan da uzaq ərazilərdən gəliblər.
Tədqiqatçılar, həmçinin müəyyən ediblər ki, bu cəsur öncüllər yeni torpaqlara əvvəl güman edildiyindən fərqli şəkildə köç ediblər. Alimlərin sözlərinə görə, VII və VIII əsrlərdə miqrasiya zaman-zaman baş verən intensiv dalğalar şəklində deyil, fasiləsiz axın kimi davam edib.
Araşdırma çərçivəsində alimlər eramızın 400–1100-cü illəri arasında İngiltərədə dəfn edilmiş insanların dişlərində 700-dən çox kimyəvi izi tədqiq ediblər. Daha sonra bu məlumatlar 316 nəfərə aid qədim DNT nümunələri ilə tutuşdurularaq hərəkət modelləri mənşə ilə müqayisə olunub.
"Bu tədqiqat erkən orta əsrlərdə miqrasiya ilə bağlı narrativləri qiymətləndirmək üçün ‘böyük məlumatlar’ yanaşmasından istifadə edib. Biz görürük ki, miqrasiya ayrı-ayrı hadisələrlə məhdudlaşmayıb, davamlı bir xüsusiyyət olub və genişmiqyaslı şəbəkələrlə bir-birinə bağlı icmalar arasında daimi mədəniyyətlərarası əlaqələrin mövcudluğunu göstərir. Bu əlaqələr, ehtimal ki, bütün dövr boyunca müşahidə etdiyimiz böyük sosial-mədəni dəyişikliklərə töhfə verib”, deyə Tarix, klassik filologiya və arxeologiya məktəbinin nümayəndəsi doktor Sem Leqqett mətbuat açıqlamasında bildirib.
Alimlər həmçinin müəyyən ediblər ki, VII və VIII əsrlərdə miqrasiya nə birdən başlayıb, nə də qəfil bitib. Əksinə, uzun müddət davam edib və bu prosesdə üstünlük təşkil edən demoqrafik qrup kişilər olub.
Bundan əlavə, Uels, İrlandiya, Şimal-Qərbi Avropa və Aralıq dənizi regionundan əhəmiyyətli əhali köçü qeydə alınıb.
Britaniyada Roma dövrünə aid sənaye mərkəzinin izləri tapılıb
Aydın
Şərhlər