Xəbər lenti

Ermənistan-İran-Hindistan dəhlizi reallaşa bilərmi? (ŞƏRH)
Dünya 12:02 09.09.2025

Ermənistan-İran-Hindistan dəhlizi reallaşa bilərmi? (ŞƏRH)

"Bu layihə ideya olaraq yaxşı görünə bilər, amma onun baş tutması üçün iki əsas suala cavab tapılmalıdır - qonşu ölkələrin prosesdə iştirakı necə olacaq və kim tərəfindən maliyyələşəcək. Bu suallara cavab yoxdursa, layihə xəyal olaraq qalacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında ReAL-ın sədri Natiq Cəfərli Hindistan və Ermənistan arasında İran üzərindən nəqliyyat əlaqələrinin qurulması ideyasının hansı perspektiv vəd etdiyini şərh edərkən deyib. 

"Nəzərə olaraq mümkün olsa da, Azərbaycanın iştirakı olmadan onun reallaşması qeyri-mümkündür. Söhbət Hindistan, İrandan keçməklə Ermənistan və Gürcüstana, oradan da Qara dənizə çıxan nəqliyyat dəhlizindən gedir", deyə ekspert bildirib. 



Həmsöhbətimizin fikrincə, Azərbaycanın iştirakı olmadan layihənin hansı formada həyata keçiriləcəyi ciddi suallar doğurur:

"İkinci məsələ odur ki, Ermənistanın İranla sərhədindən tutmuş Gürcüstanın dəmir yollarına qədər yeni nəqliyyat infrastrukturu qurulmalıdır. Bundan başqa, Ermənistanla Gürcüstan arasında olan həm avtomobil, həm də dəmir yolları həddən artıq köhnəlib. Avromibil yolları həm də  çox darısqaldır. Deməli, bu sahəyə də  milyardlarla dollar yeni investisiya yatırılmalıdır".

Qeyd edək ki, xarici mətbuatın yazdığına görə, bu həftə Hindistan və İran Xarici İşlər Nazirlikləri səviyyəsində Tehranda məsləhətləşmələr aparacaq. Danışıqlarda İranın  Çabahar limanının aktivləşdirilməsi və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi də müzakirə mövzusu olacaq. Daha sonra isə  Hindistan, İran və Ermənistan arasında üçtərəfli dialoq keçiriləcək. Bu görüşün məqsədi  Hindistan və Ermənistan arasında İran üzərindən nəqliyyat əlaqələrinin qurulmasıdır. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->