Xəbər lenti

Şərurda bir ailənin üç üzvü qəzada öldü - Cinayət işi başlanıldı
Ölkə 10:24 06.07.2026

Şərurda bir ailənin üç üzvü qəzada öldü - Cinayət işi başlanıldı

Baş Dövlət Yol Polisi İdarəsi Naxçıvanda baş verən qəza ilə bağlı məlumat yayıb.

Bu barədə Qaynarinfo-ya idarədən məlumat verilib.

Bildirilib ki, 2026-cı il iyulun 5-də Şərur rayonu, Püsyan kəndi ərazisində qeydə alınan ağır yol qəzasında bir ailənin üç üzvü – ata, ana və 2025-ci il təvəllüdlü uşaq həlak olub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Şərur rayon sakini Rəşad Məmmədov idarə etdiyi "Lifan" markalı avtomobillə hərəkətdə olarkən, hazırda istintaqa məlum olmayan səbəbdən idarəetməni itirərək qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxıb və həmyerlisi Nəvai Həsənovun idarə etdiyi "VAZ" markalı avtomobillə toqquşub.

Nəticədə Nəvai Həsənov və sərnişinləri - həyat yoldaşı və azyaşlı övladı hadisə yerində həlak olub, 7 yaşlı qızı, eləcə də R.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->