Xəbər lenti

Estoniyanın baş naziri Rusiyaya qarşı ticarət blokadası təklif etdi
Dünya 18:28 08.09.2023

Estoniyanın baş naziri Rusiyaya qarşı ticarət blokadası təklif etdi

Estoniyanın baş naziri Kaya Kallas cümə günü bildirib ki, Rusiya ilə həmsərhəd ölkələr vahid ticarət embarqosu tətbiq etməlidirlər. Onun sözlərinə görə, söhbət ilk növbədə Polşa, Litva, Latviya və Finlandiyadan gedir, haradan ki, sanksiyaya məruz qalan mallar Rusiya Federasiyasına daxil ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə err.ee məlumat yayıb.

Estoniya müharibənin əvvəlindən bu mövqeydən çıxış edir və hesab edir ki, "ticarət blokadası” üçün ümumavropa sazişi bağlamağa ehtiyac yoxdur”, - Kallas bildirib.
"Vizalarla etdiyimiz kimi, mallarla da eyni şeyi edə bilərik", - baş nazir vurğulayıb. 

Şengen turist vizaları ilə Rusiya vətəndaşlarına girişi qadağan edən ilk ölkə Estoniya olub, bundan sonra Latviya, Litva və Finlandiya da eyni addımı atıb. Kallas vurğulayıb ki, bununla belə, hazırda ticarət embarqosu ideyası ilə bağlı konsensus yoxdur və Finlandiyanın mövqeyi əsasdır: "Əsas problem odur ki, bunu birlikdə etməsək, yük sadəcə başqa yerə gedəcək. Və biz öz sahibkarlarımızı cəzalandıracağıq”.

Baltikyanı ölkələr Rusiyaya ikili təyinatlı malların "kölgə” tədarükü üçün əsas tranzit kanalına çevriliblər, "kağız üzərində” üçüncü ölkələr üçün nəzərdə tutulan mallar əslində Rusiya Federasiyasının ərazisində qalır. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->