Expressbank Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında 13 mart 2023-cü il tarixində "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”u çərçivəsində həyata keçirilən növbəti ağacəkmə aksiyasında iştirak edib.
24 aprel 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində keçirilən aksiya çərçivəsində Expressbankın struktur rəhbərləri və əməkdaşlarından ibarət heyət fəallıq göstərərək ərazidə yaşıllığın genişləndirilməsinə öz töhfəsini verib.
Bu cür təşəbbüslərdə iştirak etməklə Expressbank ətraf mühitin mühafizəsinə dəstəyini davamlı olaraq nümayiş etdirir, ekoloji tarazlığın qorunması və gələcək nəsillər üçün sağlam mühitin formalaşdırılmasına töhfə verməyi prioritet istiqamətlərindən biri kimi müəyyən edir.
Qeyd edək ki, Bank "Təbiətə qayğı – Gələcəyə miras” ekoloji sosial məsuliyyət layihəsi çərçivəsində yaşıllıqların artırılmasına və ekoloji şüurun formalaşdırılmasına yönəlmiş təşəbbüslərini davam etdirir.
"Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Şərhlər