Xəbər lenti

Fatih Terimin işsiz günləri başa çatır, yeni klubunun adı açıqlandı (İDDİA)
İdman 16:48 26.12.2023

Fatih Terimin işsiz günləri başa çatır, yeni klubunun adı açıqlandı (İDDİA)

"Qalatasaray"la yollarını ayırdıqdan sonra iki ilə yaxındır işsiz olan məşqçi Fatih Terimin yeni klubu müəyənləşib. 

Qaynarinfo-nun məlumatına görə, mütəxəssisin Yunanıstan təmsilçisi "Panatinaikos"la ilə prinsipial anlaşdığı iddia edilib. 70 məşqçinin yunan təmsilçisinin rəsmiləri ilə görüşdüyü və ilkin razılıq əldə olunduğu bildirilir.

Sabah paytaxt Afinaya getməsi planlaşdırılan mütəxəssisin klub rəsmiləri ilə son görüşü burada olacaq. Qəti razılıq əldə olunacağı təqdirdə Terimin 1,5 illik müqaviləyə imza atacağı gözlənilir.

Keçən il Yunanıstan Superliqasının ikincisi olan "Panatinaikos" pley-offda AEK-ə məğlub olub. Bu mövsüm isə Afina təmsilçisi 15 turdan sonra 34 xalla hazırda ikinci pillədədir. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->