Türkiyə Superliqasında "Qalatasaray" səfərdə "Fənərbağça" ilə üz-üzə gəlib.
Qaynarinfo-nun məlumatına görə, İstanbul derbisi XIV tura təsadüf edib.
"Şükrü Saracoğlu" stadionunda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Hesabı qonaqlardan 27-ci dəqiqədə Leroy Sane açıb. Ev sahibləri məğlubiyyətdən yalnız 90+5-ci dəqiqədə qaça biliblər. Con Duran başla dəqiq oynayıb.
Qeyd edək ki, "sarı-qırmızılar" 33 xalla liderdir. "Fənərbağça" isə 32 xalla ikinci pillədə qərarlaşıb.
Şərhlər