Fövqəladə Hallar Nazirliyinə (FHN) işə düzəltmək adı ilə dələduzluq edən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə mühakimə olunan Arif Musayevə (şərti) 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Onun şübhəli şəxs qismində saxlanıldığı 1 gün müddət 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
İş materiallarından aydın olur ki, Arif Musayev yüksək vəzifəli şəxslərlə əlaqəli olduğunu deyərək zərərçəkmiş şəxsə onun oğlunu FHN-də yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyini vəd edib. Bunun müqabilində isə ondan 10 000 manat alıb. Lakin o verdiyi vədi yerinə yetirməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra o, cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmə zamanı Arif Musayev verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
Seyid
Şərhlər