Xəbər lenti

Ölkə 22:38 30.12.2023

Fındıqlı kəndində fınıdıq oğurladı, həbs olundu

Zaqatala rayonu Fındıqlı kəndində fınıdıq oğurlayan şəxslə bağlı məhkəmə qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, Kənan Salmanov (ad-soyad şərti) Fındıqlı kəndindəki evlərdən birinin həyətindən 2 kisə qabıqlı, 77 manat dəyərində 22 kiloqram fındığı oğurlayıb. O, ev sahibinin şikayəti əsasında polis tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib. 

Kənan Salmanovun həmin gün Fınıdıqlı kəndində daha bir evdən 91 manat dəyərində 26 kiloqram fındıq oğurlaması da məlum olub. Həmin maddə ilə ona yenidən protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(033)-353/2023 nömrəli iş 3(033)-352/2023 nömrəli işə birləşdirilib və onlara bir icraatda baxılacaq.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->