Xəbər lenti

Fransa gələn il Ukraynaya qoşun göndərməyə hazırdır - General
Dünya 17:10 25.10.2025

Fransa gələn il Ukraynaya qoşun göndərməyə hazırdır - General

Fransa 2026-cı ildə "təhlükəsizlik zəmanətləri" çərçivəsində hərbi kontingentini Ukraynaya göndərməyə hazırdır. 

Qaynarinfo xəbər verir ki, BFMTV-nin məlumatına görə, bu barədə Fransa parlamentində keçirilən dinləmələrdə Ordu Baş Qərargah rəisi general Pyer Şil bildirib.

"Əgər bu, Ukraynanın rifahı üçün zəruridirsə, təhlükəsizlik zəmanətləri çərçivəsində qüvvələr yerləşdirməyə hazır olacağıq", deyə o bildirib.

Onun sözlərinə görə, Fransa ordusu eyni vaxtda Ukraynada potensial yerləşdirmə səviyyəsi də daxil olmaqla "üç səviyyəli həyəcan"ı idarə etməyə hazırdır. General xüsusilə "milli suveren missiyalar üçün" 7000 əsgərin əməliyyat köçürülməsinə hazırlığı təmin edən "milli fövqəladə səviyyə"dən bəhs edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->