Braziliyada bir futbolçu açıq şəkillər paylaşdığına görə mini-futbol komandasından qovulub.
Qaynarinfo bu barəsə "Daily Star"a istinadən xəbər verir.
Rio-Qrandi-du-Sul ştatından 21 yaşlı Marsela Soares əlavə qazanc tapmaq qərarına gələrək, "məqbul olmayan məzmun saytı"nda qeydiyyatdan keçib. Onun açıq şəkillər paylaşmaq üçün dəqiq hansı platformanı seçdiyi açıqlanmır. Amma məlumdur ki, dörd həftə ərzində orada 55 min Braziliya realı (təxminən 16500 manat) qazanmağı bacarıb.
Soares deyir ki, klub oyunları üçün aldığı qonorar cəmi 550 real (təxminən 164 manat) olub və bu, məşqə səfər edilən xərclərini belə ödəməyib. Klub rəhbərliyi onun bu köməkçi işini aşkar edəndə qız "kluba ləkə gətirdiyi" üçün komandan qovulub.
"Mən sadəcə bədənimi göstərirəm, heç bir pis iş görmürəm. Hətta digər qadınlar tərəfindən də ittiham edildim. Amma eyni zamanda azadlıq və maliyyə müstəqilliyi qazandım. Bu gün özümü daha güclü hiss edirəm", deyə Soares bildirib.
Artıq onun "Instagram"da 240 min izləyicisi var. Soares idmandan ayrılmasının səbəbini kifayət qədər maliyyə gəliri olmaması ilə izah edir və indi yüz dəfə çox qazandığını bildirir.
Aydın
Şərhlər