Bu gün Misli Premyer Liqasında 2025/26 mövsümünə bir oyunla start veriləcək.
Qaynarinfo xəbər verir ki, ilk oyun günündə "Karvan-Yevlax" "Qəbələ" ilə üz-üzə gələcək.
Şamaxı şəhər stadionunda keçiriləcək matç saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Misli Premyer Liqasının ilk turunda daha dörd görüş keçiriləcək.
Belə ki, "İmişli" - "Turan Tovuz"u, "Neftçi" "Şamaxı"nı avqustun 16-da, "Sumqayıt" isə "Kəpəz"i avqustun 17-də qəbul edəcək. Tura avqustun 18-də keçiriləcək "Zirə" - "Araz-Naxçıvan" matçı ilə yekun vurulacaq.
Avqustun 17-də keçirilməli olan "Sabah" - "Qarabağ" matçı isə "köhlən atlar"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi səbəbindən təxirə salınıb.
Misli Premyer Liqası
2025/26 mövsümü
I dövrə, I tur
15 avqust
17.00 Karvan-Yevlax - Qəbələ
Şamaxı şəhər stadionu
16 avqust
17.00 İmişli - Turan Tovuz
Şamaxı şəhər stadionu
20.00 Neftçi - Şamaxı
"Neftçi Arena"
17 avqust
20.30 Sumqayıt - Kəpəz
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19 avqust
20.00 Zirə - Araz-Naxçıvan
Zirə İdman Kompleksinin stadionu
Şərhlər