Xəbər lenti

Gəncə hava limanında 10 min manatlıq qızıl oğurlandı
Ölkə 11:06 09.09.2025

Gəncə hava limanında 10 min manatlıq qızıl oğurlandı

Gəncədə hava limanından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Gəncə gegional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, Hava Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sərnişinlərə məxsus çamadandan oğurluq etməkdə şübhəli bilinən, 39 yaşlı Tahir Sayadov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, T.Sayadov yükləmə zamanı çantadan ümumi dəyəri 10.000 manat olan qızıl-zinət əşyalarını oğurlayıb.

Məhkəmənin qərarı ilə T. Sayadov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->