Ekonomiks 13:05 30.07.2022

Gəncə İcra Hakimiyyəti 24 min manatlıq maşını 10 minə satdı (FOTO)

Gəncə Şəhər İcra Hakimiyyətinin bazar qiyməti 16 min dollardan baha olan avtomobili maya dəyərindən iki dəfə ucuz satılıb. 

Qaynarinfo-nun məlumatına görə, Əmlak Məsələləri üzrə Dövlət Xidməti Bakı şəhəri üzrə 19 iyul 2022-ci il tarixində keçirilmiş hərracda satılmış nəqliyyat vasitələrinin siyahısını açıqlayıb. Hərracda ümumilikdə 8 xidməti avtomobil satılıb. 



Gəncə Şəhər İcra Hakimiyyətinə məxsus, buraxılış ili 2012-ci il olan "Hyundai Genesis" minik avtomobili hərraca ilkin satış qiyməti 10 min manat dəyərində çıxarılıb. Avtomobil hərracda elə bu qiymətə satılıb. Həmin avtomobil hazırda bazarda 24 min manatdan baha təklif edilir. 

Bundan başqa, Daxili İşlər Nazirliyi Maddi Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan 7 avtomobil də hərracda satılıb. 

Buraxılış ili 2011-ci il olan 3 ədəd "Hyundai IX-35" 9 min manata alıcı tapıb. Hər üç avtomobilin bazar qiyməti 23-26 min manat dəyərləndir.



Əhməd