Xəbər lenti

Gəncədə qida zəhərlənməsi ehtimal olunan hadisə nəzarətə götürülüb (YENİLƏNİB)
Ölkə 10:31 22.04.2025

Gəncədə qida zəhərlənməsi ehtimal olunan hadisə nəzarətə götürülüb (YENİLƏNİB)

Gəncədə beş nəfərin qidadan zəhərlənməsi ehtimal olunan hadisə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi tərəfindən nəzarətə götürülüb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.

Bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Əlavə məlumat veriləcək. 
 
 09:18

Gəncədə beş nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, bunlar E.Ramazanov (1992), Ş.Ramazanova (1994), R.Ramazanlı (2016), R.Ramazanlı (2017) və Z.Ramazanlıdır (2022). 

Faktla bağlı araşdırma aparılır.
--> -->