Xəbər lenti

“Gənclər danışır” layihəsi: Gənclər üçün yeni onlayn platforma istifadəyə verildi (FOTO)
Foto 15:01 30.11.2025

“Gənclər danışır” layihəsi: Gənclər üçün yeni onlayn platforma istifadəyə verildi (FOTO)

"İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə "Gənclər danışır” layihəsini həyata keçirir. Birliyin mətbuat xidmətinin məlumatına görə, bu layihə gənclərin tribunası olmaq məqsədi ilə yaradılmış ictimai-sosial yönümlü virtual platformadır. Layihə gənclərin təhsil, səhiyyə, idman, mədəniyyət, məşğulluq, vətənpərvərlik, könüllülük və sahibkarlıq kimi sahələrdə problemlərini işıqlandırmaq, onların fikirlərini ictimai müzakirəyə çıxarmaq üçün müsahibələr, videoreportajlar və debat proqramları hazırlayır.

Layihə çərçivəsində www.youthnews.az Onlayn İnformasiya Portalı yaradılıb. Saytın ilk təqdimatı Azərbaycan Memarlıq və İnşaat Universitetində baş tutub. Tədbirdə çıxış edən "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, portal yeni fəaliyyətə başlayıb və gələcəkdə kontent, texniki imkanlar və interaktiv funksiyalar üzrə təkmilləşdirmələr davam etdiriləcək. O, həmçinin vurğulayıb ki, portal gənclərin problemlərinin və təşəbbüslərinin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayacaq. Birlik sədri qeyd edib ki, resursun əsas məqsədlərindən biri də gənclər təşkilatlarının layihə və fəaliyyətlərinə informasiya dəstəyi verməkdir.

Daha sonra çıxış edən Azxeber.com İnformasiya Portalının baş direktoru Əfsələddin Ağalarov portalın yaradılmasını gənclərin ictimai fəallığının artırılması baxımından əhəmiyyətli adlandırıb. O qeyd edib ki, www.youthnews.az layihəsi bu baxımdan gənclərin informasiya mübarizəsində rolunu və imkanlarını gücləndirəcək yeni platforma rolunu oynayır. Əfsələddin Ağalarov həmçinin qeyd edib ki, platforma gənclərin real problemlərinin işıqlandırılması, təşəbbüslərinin geniş auditoriyaya çatdırılması və müasir media standartlarının tətbiqi üçün əlverişli mühit təmin edir.

Təqdimat zamanı iştirakçılar həmçinin portalın gənclərin təşəbbüslərinə dəstək vermək, onların müxtəlif sahələrdəki uğurlarını işıqlandırmaq və ictimai müzakirələrə cəlb etmək imkanlarını yüksək qiymətləndiriblər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->