Yevlax Rayon Ailə Sağlamlıq Mərkəzinin həkim-stomatoloqu Xavər Babayeva ölkə rəhbərliyinə müraciət edib.
Qaynarinfo xəbər verir ki, Xavər Babayeva Yevlaxda stomatoloqların ixtisar olunmasından şikayətlənib.
O bildirib ki, Yevlax rayonunda əslində 30-dan artıq stomatoloq fəaliyyət göstərməlidir: "Lakin rayonda 5 stomatoloq fəaliyyət göstərirdi. İndi onların da 3-nü ixtisara salıblar. Mən 33 ildir Yevlax Rayon Ailə Sağlamlıq Mərkəzində həkim-stomatoloqam. Pensiya yaşıma hələ 5 il var. İndi mən bu 5 ili harada işləməliyəm ki, pensiya yaşıma çata bilim?".
Onun videomüraciətini təqdim edirik:
Seyid
Şərhlər