Xəbər lenti

Ölkə 17:27 28.07.2025

"Go" içib şərab evindən oğurluq etdilər

Nəsimi rayonunda fəaliyyət göstərən "Yaşıl Şərab Evi" mağazasında oğurluq hadisəsi baş verib. 

Qaynarinfo-nun məlumatına görə, mağazanın şüşə qapısı sındırılıb və kassa aparatından 3981 manat pul oğurlanıb. 

Mağaza sahibi hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Həyata keçirilmiş əməliyyat-axtrarış tədbirləri nəticəsində hadisəni törədənlər saxlanılıb.

Məlum olub ki, Namiq, Nicat və İman adlı şəxslər "Yaşıl Şərab Evi" mağazasının qarşısından keçərkən mağazanın qapısının şüşədən olduğunu görüb. Hadisədən əvvəl "Go" içkisi içən şəxslər ətrafda heç kimin olmamasından istifadə edən adıçəkilən şəxslər mağazadan oğurluq etmək qərarına gəliblər. Onlardan biri mağazanın qarşısında dayanaraq ətrafı nəzarətdə saxlayıb. Digər ikisi isə mağazanın qapısını sındıraraq içəri daxil olublar. 

Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmə prosesi zamanı məlum olub ki, dəymiş ziyan ödənildiyinə görə zərəçəkmişlə barışıq əldə olunub. 

Məhkəmə onlardan ikisini verilmiş ittiham üzrə təqsirli bilib və hər ikisinə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 
Onların həbsdə saxlanlıdığı 4 ay 9 gün müddət verilmiş cəzadan çıxılıb və üzərlərində 1 il 3 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->