Xəbər lenti

Gömrük qaydalarını pozan 10 şirkət məhkəmə qarşısında
Ekonomiks 18:40 11.08.2023

Gömrük qaydalarını pozan 10 şirkət məhkəmə qarşısında

Bakıda 10 şirkət gömrük qaydalarını pozduğu üçün cərimələnir. 

Qaynarinfo-nun məlumatına görə, "Starvest" MMC, "Effect ITC" MMC, "City Construction" MMC, "RS Construction" MMC, "SSK” MMC, "Tikinti Quraşdırma İT" MMC, "Aslanoğlu 2020" MMC, "Azmep Technologies" MMC, "DS Group" MMC və "Sara Qrup" QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib, məhkəməyə göndərib.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Bütün bu işlərə Yasamal Rayon Məhkəməsində baxılacaq.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->