Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çinin Sian şəhərində keçirilən "The Belt and Road 2023 to World Chess Woman’s Summit” beynəlxalq turnirinin qalibi olub.
Qaynarinfo xəbər verir ki, qadınlardan ibarət milli komandanın lideri 11 turdan 8,5 xal toplayaraq birinci yeri tutub.
Eyni xala malik blits üzrə ikiqat dünya çempionu Bibisara Assaubayeva (Qazaxıstan) əlavə göstəricilərə görə Məmmədzadədən geri qalaraq yarışı ikinci pillədə başa vurub.
Qeyd edək ki, turnirdə yeddi ölkədən 12 şahmatçı iştirak edib.
Şərhlər