Xəbər lenti

Gündəlik kirayə verilən mənzillərin yararsız vəziyyətə salınmaması üçün nə edilməldir? (VİDEO)
phrase_var_qaynar. 23:40 19.07.2026

Gündəlik kirayə verilən mənzillərin yararsız vəziyyətə salınmaması üçün nə edilməldir? (VİDEO)

Kirayə qaldıqları mənzili bərbad hala saldılar..

Yayılan görüntülərdə mənzil sahibi bildirir ki, evi turistlərə verib. Onların çıxışıdan sonra evə daxil olduqda gözləmədiyi mənzərə ilə qarşılaşıb.

Son zamanlar bu kimi hadisələr ilə tez tez rastlaşırıq. Belə ki vəzi şəxslər kirayə qaldıqları evlərə zərər vurur. Əmlak ekspertləri deyirlər ki, mənzil sahibinin müqaviləsi yoxdursa qarşı tərəf bununla bağlı məsuliyyət daşımır. Müqavilə olarsa belə vəziyyətlərin yaşanmamasına görə tələblər qoyulur.

Bəs sahibkarları bu müqavilədən qaçıran nədir?

Ekspert Elnur Fəzrliyev deyir ki, evə hər yeni şəxs gələrsə buna görə müəyyən edilmiş rüsum var. Bu da bəzən kirayə qiymətindən belə baha olur. Nəticədə sahibkara sərf etmir. Eləcə də ev xarici vətəndaşa verilərsə proses daha da uzanır.

Ekspertlərin fikrincə, bu məsələ ilə bağlı qanunda bir sıra dəyişikliklərin edilməsi mütləqdir.
 

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->