Xəbər lenti

Dünya 23:45 02.04.2024

Gürcüstan hakimiyyəti Qərbi ölkədəki radikalları maliyyələşdirməkdə ittiham etdi

"Radikal olan bəzi qeyri-hökumət təşkilatları Gürcüstanın ziyanına fəaliyyət göstərir. Onlar Qərb tərəfindən maliyyələşdirilir".

Qaynarinfo xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

"Şəxsən mənim birbaşa diplomatiya nümayəndələri ilə və birbaşa donorların rəhbərliyi ilə bir neçə dəfə danışmağıma baxmayaraq, beynəlxalq yardım sahəsində mövcud olan standartları kobud şəkildə pozan bir neçə nəfər var", deyə spiker bildirib.

Onun sözlərinə görə, ölkədə beynəlxalq donorlardan gələn vəsaitin bir hissəsi televiziya şirkətlərinin maliyyələşdirilməsinə gedir ki, bu da öz növbəsində müxalifət partiyaları üçün təbliğat vasitəsidir. Papuaşvili misal kimi "Mtavari" televiziya şirkətini göstərib. Gürcüstan hakimiyyəti onun dəfələrlə ölkənin ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkatın maraqlarını müdafiə etdiyini bəyan edib. Spiker qeyd edib ki, xarici donorların bu teleşirkəti maliyyələşdirməsi ilə bağlı məlumatlar təsdiqlənərsə, bu, Gürcüstandakı seçkilərə birbaşa müdaxilə demək olacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->