Dünya 22:51 14.05.2022

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 4.5 bal gücündə zəlzələ baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Kvemo Kartli bölgəsində, Dmanisi rayonunun Sameba kəndi yaxınlığında qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilmir.