Xəbər lenti

“Hakan Fidan və Sergey Lavrov bu məsələləri müzakirə ediblər” – Politoloq
Dünya 20:00 01.09.2023

“Hakan Fidan və Sergey Lavrov bu məsələləri müzakirə ediblər” – Politoloq

"Hakan Fidan və Sergey Lavrovun apardıqları müzakirələr Ərdoğan-görüşünə hazırlıq məqsədi daşıyırdı”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev deyib: 

"Müzakirələrdən sonra mətbuata verilən açıqlamalar göstərir ki, "taxıl sazişi”nin imzalanmasına nail olmaq üçün Putin-Ərdoğan görüşünün təşkili əsas müzakirə predmeti olub. Danışıqlarda Cənubi Qafqaz məsələsinin müzakirəsinin prioritet olduğunu da deyə bilərik. Amma daha çox Ərdoğan – Putin müzakirələrinə çıxarılacaq məsələlər razılaşdırılıb. Tərəflər arasında prinsipial fikir ayrılığının olduğu və razılığa gəlməyin çətin olduğu məsələr var. Razılaşdırılmayan məsələlər dövlət başçılarının müzakirəsinə çıxarılmayacaq”.

Qeyd edək ki, dünən Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Türkiyə xarici işlər naziri Hakan Fidan arasında görüş olub. Görüşdə Ərdoğan – Putin görüşünə hazırlıq, "taxıl sazişi”, Cənubi Qafqazdakı proseslər və digər məsələlərin müzakirə edildiyi bildirilir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->