Xəbər lenti

İdman 11:48 07.10.2023

Haland: "Bu zaman bədənimdən çıxıb zombiyə çevrilirəm"

"Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland qol vurmaq bacarığının sirlərini bölüşüb.

Qaynarinfo-nun məlumatına görə, son İngiltərə çempionunun heyətində ilk mövsümündə qol rekordları qıran norveçli özünü meydanda zombi kimi hiss etdiyini bildirib. Qol vurmağı asılılıq kimi gördüyünü deyən Haland İngiltərə mətbuatı "The Telegraph"a verdiyi müsahibədə Premyer Liqada 42 matçda 44 qol vurmağın sirlərini bölüşüb.

"Bu, ətrafınızı analiz etmək, və şansı gözləməkdən ibarətdir. Bilirəm ki, fürsət düşəndə ​​hazır olmalıyam. Top ayağımda olmayanda, qaça bildiyim yerləri daim axtarıram. Düşünürəm ki, top bura getsə, bu baş verə bilər, top ora getsə, belə ola bilər. Bu içimdəki hissdir. Bilirəm ki, komanda arxadan oyun qurarkən bunda mənim iştirakıma ehtiyac yoxdur. Sadəcə, orda durub uyğun anı gözləyirəm. Cərimə meydançasına girib topa bir neçə dəfə toxunub öz dünyama aid hərəkətlər edirəm. Bunu izah etmək çətindir, amma qol mövqeyi zamanı mən bədənimdən çıxıb zombiyə çevrilirəm”.

260 qolla Premyer Liqa tarixinin bombardiri Alan Şirerin rekordunu qıra bilməyəcəyi ilə bağlı sualı cavablandıran Haaland, "Müqaviləmin bitməsinə üç il 10 ay qalıb. Buna nail olmaq üçün hələ vaxtım var. Qısa müddətdə etmək asan deyil və bu barədə düşünə bilmirəm. Hazırda sadəcə, növbəti oyunu və mövsümü düşünürəm. Rekordlar vaxt aparır, amma mən İngiltərədə daha 15 il qalsam, niyə də olmasın? Görək nə olacaq" - sözlərini deyib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->