Dövlət Məşğulluq Agentliyində yeni kadr təyinatı olub.
Qaynarinfo xəbər verir ki, qurumun sədri Hasil Abbasovun müvafiq əmri ilə Elzar Ağayev Agentliyin Kommunikasiya Departamentinin müdiri vəzifəsinə təyin edilib. O, kollektivə təqdim olunub.
Elzar Ağayev 23 ildən artıq jurnalistika təcrübəsinə malikdir. O, 20 ildən çox müddətdə Azərbaycanın müxtəlif kütləvi informasiya vasitələrində, əsasən isə AzTV-də Yaxın Şərq, ərəb ölkələri, Rusiya Federasiyası və bir sıra Avropa ölkələri üzrə nümayəndə kimi fəaliyyət göstərib.
Son illərdə isə Belçikanın Brüssel şəhərində AzTV-nin Avropa bürosunun rəhbəri vəzifəsində çalışıb. Elzar Ağayev ingilis, rus, fransız və ərəb dillərini bilir.
Şərhlər