Xəbər lenti

Hava xəbərdarlığı: Bakıda iki gün leysan olacaq
Ölkə 12:32 09.12.2025

Hava xəbərdarlığı: Bakıda iki gün leysan olacaq

Abşeron yarımadasında və Bakı şəhərində dekabrın 9-u axşamdan 11-i gündüzədək arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Bu barədə Qaynarinfo-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Dekabrın 10-da gün ərzində ayrı-ayrı yerlərdə yağışın aramsız və güclü olacağı ehtimalı var. Gözlənilən intensiv və güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.

Azərbaycanın rayonlarında dekabrın 9-u axşamdan 11-i axşamadək fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsinin bəzi yerlərində isə yağıntının bir qədər də güclənəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->