Xəbər lenti

Havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır
Ölkə 09:15 25.08.2025

Havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Qaynarinfo xəbər verir ki, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır.

R.Allahverdiyeva əlavə edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub:

"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->