Xəbər lenti

Həbsdən çıxdı,
Ölkə 18:34 24.06.2025

Həbsdən çıxdı, "Mix art Fashion"dan oğurluq etdi, yenidən həbsxanaya getdi

Səbail rayonu, Ü.Hacıbəyli və S.Vurğun küçələrinin kəsişməsində yerləşən "Mix art Fashion" mağazasından oğurluq olub. 

Qaynarinfo-nun məlumatına görə, hadisənin 1981-ci il təvəllüdlü A.K. tərəfindən törədildiyi müəyyən edilib. 

Təqsirləndirilən şəxs geyim paltarları mağazasına açarseçmə yolu ilə qanunsuz olaraq daxil olub və bağlı vəziyyətdə olan kassadan müxtəlif əskinaslardan ibarət 1335 manat pul oğurlayıb.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona qəti olaraq 2 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

Qeyd edək ki, A.K. 2020-ci ildə Yasamal Rayon Məhkəməsi tərəfindən oğurluğa görə 5 il azadlıqdan məhrum edilib. O, azadlığa çıxdıqdan bir neçə ay sonra yenidən oğurluq edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->