XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Həkimlər Xalq artistinin ayağındakı problemlə bağlı son qərarlarını açıqladı
Maqazin16:37 20.08.2026

Həkimlər Xalq artistinin ayağındakı problemlə bağlı son qərarlarını açıqladı

Türkiyədə müalicə olunan Xalq artisti Naibə Allahverdiyevanın sağlıq durumu ilə bağlı həkimlər son qərarlarını açıqlayıb.

Aktrisa Qaynarinfo-ya açıqlamasında bildirib ki, həkimlər ayağında yaranmış problemlə bağlı əllərindən gələni etsələr də, problem birdəfəlik həll olunmayıb:

"Dedilər əməliyyatın xeyri yoxdur. Çünki gecikib, ancaq iynələrlə müalicə olunacaq. İldə bir dəfə müalicə kursu keçəcəm. Həkimlər əllərindən gələni etdilər, çox sağ olsunlar. Məni gözəl qarşıladılar. Ulduz kimi qarşılayıb, ulduz kimi də yola saldılar. Onlardan elə bir hörmət gördüm ki, özümü əsl ulduz kimi hiss etdim".

Aktrisa müalicə olunsa da, ayağında ağrıların hələ də sakitləşmədiyini vurğulayıb:

"Həkimlər vaxt qoyub, deyiblər ki, ağrılar müəyyən vaxtdan sonra kəsəcək. Ayağım zamanında düz müalicə olunmayıb. Artıq gecdir, ölmüş adamı necə diriltmək olar? Ayağıma diqqət etməliyəm, qorumalıyam".

Qeyd edək ki, Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problem yaranıb. Ayağında kəskin ağrılar yaranan aktrisa Türkiyəyə aparılıb.

Bahar Rüstəmli