Hollivud ulduzu Holli Berrinin keçmiş həyat yoldaşı, aktyor Olivye Martines Los-Anceles məhkəməsinə müraciət edərək aktrisanı onların 12 yaşlı oğlu Maseoya hücum etməkdə ittiham edib.
Qaynarinfo “Daily Mail”ə istinadən xəbər verir ki, Martines müvəqqəti qoruyucu qərar əldə edib. Qərara əsasən, Berriyə keçmiş həyat yoldaşına 90 metrdən yaxınlaşmaq qadağan edilib.
60 yaşlı fransız aktyor Holli Berrinin məişət zorakılığının qarşısının alınmasına dair 52 həftəlik proqramda iştirak etməsini, həmçinin Maseo ilə görüşlər zamanı spirtli içki və digər maddələrdən istifadə etməməsini tələb edib. O, həmçinin aktrisanın ayıq olub-olmadığının mütəmadi olaraq yoxlanılmasını istəyib.
Martinesin sözlərinə görə, sentyabrın 26-da ana oğlunun yataq otağına daxil olaraq onu zarafatla itələməyə başlayıb. Uşaq əvvəlcə oyunu bitirməsini xahiş etdikdə isə Berri qəzəblənərək Maseonu təhqir edib.
“Atası bildirib ki, o, oğlunun virtual reallıq eynəyində axmaq göründüyünü deyib”, deyə nəşr yazıb.
Bundan sonra Berrinin Maseonu boğazından tutaraq “İndi kim başçıdır?” deyə qışqırdığı iddia olunur. Yeniyetmə onun əlindən çıxıb. Münaqişəyə aktrisanın 56 yaşlı nişanlısı, musiqiçi Van Hant müdaxilə edərək hadisəni sakitləşdirib.
Martinesin sözlərinə görə, daha sonra Maseo əşyalarını toplayaraq atasına zəng edib və ondan gəlib onu aparmasını istəyib. Berri uşağın geyimlərini vermək istəməyib, lakin Van Hant onu buna razı salıb.
İndi ata iddia edir ki, çoxsaylı təhqirlər və fiziki güc tətbiqindən sonra Maseo anasının evində vaxt keçirmək istəmir. Oğlan həmçinin qaradərili aktrisanın ağdərili atası ilə bağlı irqçi ifadələr işlətdiyini bildirib.
Hazırda “Pişik qadın” filminin ulduzu birgə qəyyumluq hüququndan məhrum edilib. Ona oğlu ilə həftədə iki gün və iki həftədən bir həftəsonu görüşməyə icazə verilib. İş üzrə növbəti məhkəmə iclası oktyabrın 16-na təyin olunub.
Cütlük üç illik evlilikdən sonra 2016-cı ildə boşanıb. Həmin vaxtdan bəri onlar oğullarının qəyyumluğu ilə bağlı məhkəmə çəkişməsini davam etdirirlər.
Aydın
Şərhlər