Moskva Şəhər Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyası Azərbaycan əsilli rusiyalı şoumen və aktyor Timur Rodrigesin keçmiş həyat yoldaşının saxlanılması üçün ödədiyi alimentlərlə bağlı əvvəlki məhkəmə qərarını dəyişmədən saxlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidmətinin "Telegram" kanalında məlumat verilib.
Beləliklə, Moskvanın Presnenski Rayon Məhkəməsinin 29 yanvar 2026-cı il tarixli qərarı qüvvədə qalıb. Presnenski Rayon Məhkəməsi şoumenin əsl adı Timur Kərimov olan Timur Rodrigesin Anna Devoçkinaya qarşı qadının saxlanılması üçün aliment ödənilməsi barədə razılaşmanın ləğvi ilə bağlı tələblərini təmin edib.
2025-ci ilin dekabrında Timur Rodriges keçmiş həyat yoldaşı Anna Devoçkinaya aliment ödənilməsi ilə bağlı məhkəmə prosesini uduzub. Sənətçi onların ümumi övladları - Migel və Danielin saxlanılması üçün ödədiyi alimentin məbləğini azaltmaq istəyib. Rodrigeslə Devoçkinin boşanmasından sonra uşaqlar anaları ilə yaşamağa davam edib.
Cütlüyün nikahı rəsmi olaraq 2025-ci ilin mayında pozulub. Lakin şoumen keçmiş həyat yoldaşı ilə hələ 2023-cü ildə ayrıldığını açıqlamışdı.
Aydın
Şərhlər