Xəbər lenti

Siyasət 14:21 23.02.2024

Hərbi mənbə: Azərbaycan Hindistanın Ermənistana verdiyi silahları çox qısa vaxt ərzində məhv edə bilər

Hindistanın Ermənistana verdiyi silahın texniki xarakteristikasını Azərbaycan tərəfi çox yaxşı bilir.

Qaynarinfo xəbər verir ki, bu barədə APA-ya hərbi mənbə məlumat verib.

Məndə bildirib ki, Dehlinin Ermənistana verdiyi hərbi texnika heç Hindistanın özündə belə sınaqdan keçməyib.

"Görünür, Hindistan Ermənistanı hərbi poliqon kimi görür və öz hərbi texnikasını orada sınaqdan keçirmək istəyir. Bu silahların qüvvələr nisbətinə təsiri sıfırdır. Azərbaycan çox qısa vaxt ərzində bu silahları və ümumilikdə Hindistanın hərbi sənayesinin reputasiyasını məhv edə bilər”, - deyə hərbi mənbə bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->